Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb.
Apasport.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.
Cəbrayılov avqustun 21-də gerçəkləşəcək "Fiorentino" (San Marino) - "Amiqo Northwest" (Bolqarıstan) matçında birinci hakim olacaq.
Beynəlxalq dərəcəli hakim bir gün sonra "Fiorentino" (San Marino) - "Minerva" (İsveçrə) görüşündə üçüncü, "Amiqo Northwest" (Bolqarıstan) - "Pro Futsal Cymru" (Uels) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.
- Azərbaycan millisi EEVZA çempionatında iştirak edəcək
- III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı
- Rauf Əliyev: "Almaniya klubları heç kimi bağışlamır" - MÜSAHİBƏ
- Tahir Gözel Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşüb
- Okan Burukun istədiyi hücumçu Bundesliqa klubuna keçir