Millimizin futbolçusu Mahir Emrelinin icarə əsasında çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasında məğlub olub.
Apasport.az xəbər verir ki, Konya şəhərinin eyniadlı təmsilçisi doğma meydanda "Adana Dəmirspor"u qəbul edib. Emrelinin start heyətində meydana çıxdığı qarşılaşmada Adana təmsilçisi mübahisəli penalti qolu ilə 2:1 qalib gəlib.
Klub bununla bağlı bəyanat yayıb. Həmçinin klubun sosial şəbəkə hesabında matçın nəticəsini göstərən şəkildə yalnız baş hakim təqdim olunub.
Qeyd edək ki, "Konyaspor"un yeganə qolunu 41-ci dəqiqədə məhz Mahir Emreli vurub. Bu, 25 yaşlı forvardın yeni komandasında ilk qolu olub. O, 60-cı dəqiqədə xorvatiyalı sağ cinah hücumçusu Robert Muriçlə əvəzlənib.
- Ağasəlim Mircavadov: “Qarabağ”ın sayəsində onları canlı izləyəcəyik" - Açıqlama
- Krakovda ilk medalımızı təmin edən karateçi: “Bu, hələ son deyil”
- Rəşad Sadıqov: "Qarabağ" və "Neftçi"ni çıxmaq şərtilə..."
- Ançelotti "Roma"nın futbolçusunu "Real"da görmək istəyir
- “Qəbələ” qalib gəldi, “Neftçi” xal itirdi