
“MDB-nin idman paytaxtı” sertifikatı Gəncə şəhər rəhbərliyinə təqdim olunub.
Apasport.az xəbər verir ki, sertifikatı MDB-nin İcraiyyə Komitəsinin ictimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehr Hojizadə təqdim edib.
Bununla əlaqədar olaraq Heydər Əliyev Park-Kompleksində idman oyunlarının nümayişi keçirilib. Daha sonra isə konsert proqramı ilə tədbir başa çatıb.
Tədbir çərçivəsində Manuçehr Hojizadə və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Gəncə İdman Sarayında “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanovla görüşüblər. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildikdən sonra Elvar Osmanov Manuçehr Hojizadəyə “Gəncə” VK-nın formasını hədiyyə edib.