İlin ən yaxşı hakimi bəlli olub
25.12.2024 - 10:38
![İlin ən yaxşı hakimi bəlli olub](https://apasport.az/storage/news/2024/december/25/big/676ba89731b0f676ba89731b101735108759676ba89731b0d676ba89731b0e.jpg)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyas (İFFHS) 2024-cü ilin ən yaxşı futbol hakiminin adını açıqlayıb.
Apasport.az xəbər verir ki, İFFHS-in keçirdiyi səsvermədə fransalı Fransua Leteksye 129 xalla dünyanın ən yaxşısı seçilib.
Sloveniyalı Slavko Vinçiç (86 xal) ikinci, italiyalı Daniele Orsato (74 xal) üçüncü olub.
Qeyd edək ki, 2022-ci və 2023-cü illərdə ən yaxşı adına layiq görülən polşalı Şimon Marçinyak bu dəfə 7-ci yeri tutub.
0
0