"İnter"də ciddi itki
20.02.2025 - 19:51

"İnter"də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Komandanın qapıçısı Yann Sommer sıradan çıxıb.
İsveçrəli qolkiperin sağ əlinin baş barmağı sınıb. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Sommer bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 35 rəsmi matçda qapısında 28 qol görüb.
0
0