"Qəbələ" bu gün "Araz-Naxçıvan"la yoxlama oyununda üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, qarşılaşma "qırmızı-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Biz çox yaxşı komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram. Çox yaxşı mütəxəssisdir. Belə komandaya qarşı düzgün oynamalı idik. İkinci yoxlama oyunumuzu keçirdik. İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yaxşı mübarizə getdi. Nəticə elə bir önəm kəsb etmir. Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı. Əsas odur ki, oyunda zədələnən olmadı. Keyta bu gün debüt etdi, həmçinin Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım".
- Dünya Kubokunun seçmə mərhələsi Bakıda keçiriləcək
- “Haydenhaym” Bundesliqada qalmağı bacarıb
- "Liverpul"da yeni baş məşqçi: İraola dövrü rəsmən başladı
- Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb-yeyirlər”
- Basketbolçularımızın Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb