“Dinamo” və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Mahir Emreli Xorvatiyadan ayrılacaq.
Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Zaqreb klubunda qalmayacaq.
Saytımıza verilən məlumata görə, Emreli Xorvatiya klubunda oynamadığı üçün orada qalmaq fikrində deyil. “Dinamo”dan ayrılacağı təqdirdə, Mahir Azərbaycana qayıtmayacaq.
Belə ki, o, özünə Avropada komanda tapacaq. Futbolçu mövsüm başa çatan kimi Türkiyə Super Liqasında yarışan klublarla danışıq aparacaq. Razılıq əldə olunsa, Emreli mövsümə Superliqada başlayacaq. Mahir “Dinamo”ya 2022-ci il fevralın 2-də keçmişdi. O, 2026-cı il iyunun 30-na qədər Xorvatiya nəhənginə məxsusdur.
- "Beşiktaş"ın futbolçusu Kolumbiya klubunda
- “Mançester Siti”nin futbolçusu “Marsel”də
- "Qalatasaray" "Liverpul"a sataşdı: "Yalnız gəzməyəcəksən, amma..."
- İlkay Gündoğan: “Komandada daha çox qəzəb görmək istəyirəm”
- Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib