Millimiz növbəti yoldaşlıq görüşünü keçirəcək
27.10.2025 - 09:56
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstanla üz-üzə gələcək.
Qarşılaşma Çimkənd şəhər stadionunda, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Matçı Özbəkistandan olan Roziyabonu Yusupova idarə edəcək.
Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.
- "Sabah" - "Sent Patriks Atletik" matçına nə qədər bilet satılıb?
- Paris-2024: Cüdoçularımız yarışları 2-ci yerdə başa vurub
- TFF-dən İspaniya modeli: VAR qeydləri açıqlanacaq
- "Qarabağ"ın U-19 komandasının oyununu çexiyalı hakim idarə edəcək
- Polşalı sabiq qapıçı: "Koxalskiyə adaptasiyası üçün vaxt lazımdır"
0
0