Azərbaycan milli komandasının sabiq müdafiəçisi Elhad Naziri baş məşqçi kimi çalışacaq.
Apasport.az saytına verilən məlumata görə, 31 yaşlı məşqçi “Cəbrayıl”ı çalışdıracaq.
Ötən mövsüm bölgə klubu İkinci Liqada mübarizə apararkən Cavid Hüseynovun köməkçisi kimi fəaliyyət göstərmiş Naziri bu dəfə rəhbərlikdən baş məşqçi təklifi alıb.
Tərəflər razılaşıb və 2024/2025 mövsümündə “Cəbrayıl”ı Nazirinin çalışdıracağı dəqiqləşib. Belə ki, Cavid Hüseynov “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi kimi fəaliyyət göstərəcək.
Elhad Naziri karyerası ərzində “Lokomotiv”(Biləcəri), “Milsami”(Moldova), “Metalul Reşita”, “Petrolul” (hər ikisi Rumıniya), “Rəvan”, “İnter”(indiki “Şamaxı”), “Araz-Naxçıvan” komandalarında oynayıb.
Qeyd edək ki, “Cəbrayıl” pley-off matçında “Araz-Saatlı”nı məğlub edərək Birinci Liqada oynamağa haqq qazanıb.
- Əkbər Məmmədov: "Biz meydançaya yalnız qələbə üçün çıxırıq"
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- Namik Ələskərov icazəsiz “Bursaspor”un məşqinə qatılmadı
- Fransa klubu Qattuzonu sabiq PSJ-li ilə əvəzləmək niyyətindədir
- Qələbə var, oyun yox – Meksikanın məşqçisindən sərt sözlər