Millimizin üzvü oynadı, komandası məğlub oldu
20.05.2025 - 00:29
Türkiyə Süper Liqasına vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin yarımfinalında ilk oyun baş tutub.
Apasport.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” öz meydanında “Bandırmaspor”u qəbul edib.
Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Vüsal İsgəndərli oyuna 71-ci dəqiqədə – hesab 1:3 olarkən daxil olub.
Qeyd edək ki, cavab qarşılaşması mayın 23-də, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
- Slavko Georgiyevski: "Neftçi" belə duruma necə düşə bilər?" - Müsahibə
- Elvin Məmmədov: “Ümidvaram ki, hər şey millimiz üçün yaxşı alınacaq”
- AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb
- İspaniyalı məşqçi İngiltərə klubuna baş məşqçi təyin olundu
- Xabi Alonso: "Qarabağ" "Braqa"ya qarşı təhlükəli çıxış etdi və uğur qazandı"
0
0