“Özümü komandada yeni oyunçu kimi hiss etmirəm”.
Apasport.az saytı xəbər verir ki, bunu, “Yurqorden”ə transfer olunan Musa Qurbanlı İsveç mətbuatına müsahibəsində deyib.
“Aftonbladet.se” saytına danışan Qurbanlı komandaya qısa müddətdə uyğunlaşdığını bildirib. Yığmamızın hücumçusu azarkeşlər barəsində də danışıb: “Komanda üzvləri qısa müddətdə ünsiyyət qura bildim. Burada yaxşı atmosfer var. Azarkeşlərin də sevgisi hiss olunur və onlar üçün mübarizə aparacağam”.
“Yurqorden” rəhbərliyi Qurbanlıya böyük ümidlər bəsləyir. Onun komandanın ən yaxşı hücumçularından biri olacağı qeyd olunur.
Qeyd edək ki, Musa Qurbanlı sabah İsveç çempionatında debüt edə bilər. “Yurqorden” öz meydanında lider “Elfsborq”u qəbul edəcək.
- “Bavariya”nın futbolçusunun ürəyində problem
- "Fənərbaxça" son dəqiqələrdə 3 xaldan məhrum oldu
- Azərbaycanın çimərlik futbolu üzrə millisinin yeni baş məşqçisi müəyyənləşib
- VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək qılıncoynadanlar müəyyənləşib
- "Mançester Yunayted" iki müdafiəçi ilə danışıqlar aparır