“Neftçi” – “Rapid” oyununun hakimləri açıqlandı
30.07.2022 - 12:04
![“Neftçi” – “Rapid” oyununun hakimləri açıqlandı](https://apasport.az/storage/news/2022/july/30/big/62e4e64f8730e62e4e64f8730f165916833562e4e64f8730c62e4e64f8730d.jpeg)
Konfrans Liqasının III təsnifat mərhələsinin “Neftçi” – “Rapid” matçının hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, avqustun 4-də Bakıda keçiriləcək görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Saat 21:00-da başlayacaq qarşılaşmada Dario Bel fit çalacaq. Ona Maryan Tomas və Kristian Novosel kömək edəcək. “Bakcell Arena”da dördüncü hakim funksiyasını Tihomir Pejin yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 11-də baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matç Vyanadakı “Veststadion”da təşkil olunacaq.
0
0