Ozan Kökçünün komandası Konfrans Liqası ilə vidalaşdı
20.12.2024 - 10:16

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi HİK Konfrans Liqasında mövsümün son oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Finlandiya təmsilçisi səfərdə "Betis"lə qarşılaşıb. Oyun İspaniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Ozan Can 64-cü dəqiqədə - hesabda geridə olduqları vaxt əvəzlənib.
Qeyd edək ki, turnir cədvəlində 4 xalla 30-cu olan HİK pley-off Konfrans Liqası ilə vidalaşıb.
- Azərbaycan liqalarında "transfer pəncərəsi"nin müddəti uzadılıb
- Avarçəkənlərimiz Macarıstandakı yarışda iştirak edəcəklər
- Ağasəlim Mircavadov: “İranla oyun ingilislər üçün böyük məşq oldu”
- Avropa çempionatı: Badminton millimizin oyunlarının təqvimi açıqlanıb
- Bedri Meriç: “Onlara çatmağımız mümkünsüz oldu”
0
0