Pele ilə vida mərasimi başa çatdı
03.01.2023 - 23:57
Əfsanəvi futbolçu Pelenin cənazəsi vida mərasiminin keçirildiyi "Sentus" stadionundan dəfn olunduğu yerə aparılıb.
Apasport.az xəbər verir ki, Pelenin tabutunu aparan korteji onun pərəstişkarlarının izdihamı müşayiət edib. Pele ilə vida mərasiminə gələn insan növbəsinin uzunluğu 2,3 km-ə çatıb.
Pele Ginnesin rekordlar kitabına düşən 14 mərtəbəli qəbirstanlıqda dəfn olunacaq. Burada Pelenin qohumları və dostları da dəfn olunub.
Qeyd edək ki, üçqat dünya çempionu dekabrın 29-da 82 yaşında vəfat edib.
- Mourinyo komandasına ispaniyalı forvard transfer etmək istəyir
- Benzema: “Çempionlar Liqasını bir neçə dəfə də qazanmaq istəyirəm”
- Kadi Borqes: “Hədəfimiz Çempionlar Liqasının qrupu olmalıdır” - MÜSAHİBƏ
- Taekvondoçularımızdan Niderlandda 2 qızıl və 1 gümüş medal
- 5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəlib
0
0