![PFL-in yeni prezidenti: “Bu, oyunların şəffaf keçirilməsinə böyük köməklik göstərəcək”](https://apasport.az/storage/news/2022/july/30/big/62e4ce1f6e09262e4ce1f6e093165916214362e4ce1f6e08f62e4ce1f6e090.jpg)
“PFL-in prezidenti vəzifəsini etibar etdikləri üçün AFFA və klubların rəhbərlərinə təşəkkür edirəm”.
Bunu apasport.az saytına açıqlamasında PFL-in prezidenti Elxan Səmədov deyib.
Qurumun dünən keçirilən Konfransında bu vəzifəyə seçilən futbol funksioneri görüləcək əsas işlərdən birinin VAR-ın tətbiqi olacağını bildirib: “Bildiyiniz kimi bu mövsümdə Azərbaycan Premyer Liqasında VAR tətbiq olunacaq. Bu yenilik oyunların daha maraqlı və şəffaf keçirilməsinə böyük köməklik göstərəcək”.
Prezident postunda Ramin Musayevi əvəzləyərək PFL-in tarixinə ikinci rəhbər kimi düşən Səmədov sponsor məsələsinə də toxunub: “Hazırda sponsorlarla danışıqlar aparılır. Böyük ehtimalla bu mövsümdən Azərbaycan Premyer Liqasında yeni sponsor olacaq”.
Qeyd edək ki, uzun müddətdir sponsoru olmayan Premyer Liqa vaxtilə “Unibank” və “Topaz”la əməkdaşlıq edib.