"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo komandasının Çempionlar Liqasındakı perspektivləri ilə bağlı səmimi açıqlama verib.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İspaniyanın “ElDesmarque” nəşrinə danışarkən "Fənərbaxça"nın hazırkı səviyyəsinin Çempionlar Liqası üçün yetərli olmadığını bildirib:
“Çempionlar Liqası başqa bir dünya, fərqli bir səviyyədir. Realist olmaq lazımdır. Əgər ora getsək, bu klub üçün maddi baxımdan çox faydalı olar. Ancaq güc baxımından "Fənərbaxça" hələlik UEFA Avropa Liqası komandasıdır”, – deyə təcrübəli baş məşqçi vurğulayıb.
Mourinyonun bu sözləri sosial şəbəkələrdə azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, "Fənərbaxça" bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparır.
- “Qarabağ” - “Karvan-Yevlax”: START HEYƏTLƏR
- "Araz-Naxçıvan"ın futbolçusu: “Ümid edirəm, Neftçi bu dəfə də ədalətsizlik etməz”
- Danildo Assioli: "Portuqaliyada hamı Azərbaycan klublarından danışır"
- Araz-Naxçıvan”ın legioneri: “Hər kəsə öz keyfiyyətimi bir daha göstərdim”
- “Real”ın futbolçusu sıradan çıxıb