"Qarabağ"ın legioneri Luka Quqeşaşvilinin şərəfini qoruduğu Gürcüstan millisi Avropa çempionatına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Ağdam klubu gürcü futbolçunu bu münasibətlə təbrik edib:
"Təbriklər, Luka!
Futbolçumuz Luka Quqeşaşvilinin çıxış etdiyi Gürcüstan yığması Avropa çempionatına vəsiqə uğrunda pley-offun finalında Yunanıstanla qarşılaşıb.
Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qələbə qazanmış Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib".
Qeyd edək ki, Gürcüstan milli komandası pley-off görüşündə Yunanıstanı penaltilər seriyasında məğlub edərək Almaniyada keçiriləcək qitənin əsas turnirinə yollanıb. Qonşu ölkə millisi AVRO-2024-də Portuqaliya, Türkiyə və Çexiya ilə birlikdə F qrupunda yer alacaq.
- “Kəpəz”in legioneri: "Bu cür səhvlərə görə hakimləri cəzalandırırlar, Azərbaycanda isə..." - MÜSAHİBƏ
- Premyer Liqa klubları Bakı Olimpiya Stadionunda
- “Şəmkir” və “Şimal”dan böyükhesablı qələbə
- "Kocaelispor" Ramil Şeydayevlə yollarını ayırdı
- Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurublar