“Qarabağ” – “Qalatasaray” oyununun HAKİMLƏRİ
19.03.2023 - 10:52

Martın 26-da “Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
AFFA-dan apasport.az saytına verilən məlumata görə, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq.
- Yunan-Roma güləşçilərimız 3 medal qazanıb
- Bəhlul Mustafazadə: "Avropa Liqasında maksimum nəticəyə çalışacağıq"
- Gimnastlarımız qitə çempionatının final mərhələsinə vəsiqə QAZANIBLAR
- “Neftçi”nin sabiq braziliyalısı: “Onun arxasında təkcə pul dayanmır” - MÜSAHİBƏ
- Millimizin sabiq futbolçusu özünə iş tapdı - inşaatda
0
0