“Qarabağ”ın Avropa Liqasının HİK-lə oyunu üçün səfər proqramı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab oyununa avqustun 16-da yollanacaq. Qurban Qurbanov və komandası saat 11:00-da Finlandiyaya yola düşəcək.
Baş məşqçinin mətbuat konfransı həmin gün Bakı vaxtı ilə 20:15 başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq 20:30-da təşkil start götürəcək. Məşq matçın oynanılacağı “Bolt Arena”da baş tutacaq.
Qeyd edək ki, HİK – “Qarabağ” matçı avqustun 17-də keçiriləcək.
- Ağasəlim Mircavadov: “De Byazi necə vaxt istəyirdisə, yenisi də eynisini edəcək”
- Klub prezidenti “Qarabağ”ı Belçikada tək qoymayacaq
- "Siti"dən möhtəşəm "come back", "Borussiya"dan vacib 3 xal - Yenilənib
- Şahmat üzrə DÇ-də 10-cu tur keçirilib
- Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi dərslər başlayıb