“Qarabağ”ın matçı ləğv olundu - AVROLİQAYA GÖRƏ
19.06.2026 - 15:12
“Qarabağ”ın matçı ləğv olundu - AVROLİQAYA GÖRƏ

Bolqarıstanın ÇSKA (Sofiya) klubu yay hazırlıq planında dəyişiklik edib.

Apasport.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, iyunun 27-də Azərbaycan çempionu “Qarabağ”a qarşı Avstriyada keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Buna səbəb komandaların UEFA Avropa Liqasında bir-birinə rəqib ola bilmə ehtimalıdır.

Hər iki komanda Avroliqada 1-ci mərhələni adlasa, bir-birinə rəqib olacaq.

Xatırladaq ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.

Ağdam klubu daha əvvəl elan etmişdi ki, təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. İyunun 27-si ÇSKA (Bolqarıstan), iyulun 1-i isə “Metallist 1925” (Ukrayna) və “Ferentsvaroş”la (Macarıstan) yoxlama oyunlarının keçiriləcəyi bildirilmişdi.