“Qarabağ”ın rəqibi səfərdə üç xal qazandı
21.10.2023 - 20:47
![“Qarabağ”ın rəqibi səfərdə üç xal qazandı](https://apasport.az/storage/news/2023/october/21/big/6534004f10de96534004f10dea16979067676534004f10de76534004f10de8.jpg)
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb.
Apasport.az saytı xəbər verir ki, “Bayer” səfərdə “Volfsburq”a qalib gəlib.
Leverkuzen klubunun qollarını Frimponq və Qrimaldo vurublar. Bu qələbə sayəsində komanda 1-ci pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 26-da səfərdə “Bayer”in qonağı olacaq.
Almaniya Bundesliqası
8-ci tur
“Darmstadt” – “Leyptsiq” – 1:3
“Frayburq” – “Bohum” – 2:1
“Hoffenhaym” – “Ayntraxt” – 1:3
“Union Berlin” – “Ştutqart” – 0:3
“Volfsburq” – “Bayer” L – 1:2
0
0