“Qəbələ” Misli Premyer Liqasının 2022/23 mövsümünə ardıcıl üç qələbə ilə başlayıb.
Apasport.az saytının məlumatına görə, bu start seriyası klub tarixinin yeni rekordudur.
“Qırmızı-qaralar” “Turan Tovuz” (2:0) və “Şamaxı”nın (3:1) ardınca “Kəpəz”i də məğlubiyyətə uğradıb – 3:0.
Bu, Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qəbələ”nin tarixində ən yaxşı startdır. Komanda bunadək mövsümün ilk üç turunda 9 xal toplamayıb.
Üç dəfə startda 7 xal yığmaq mümkün olub. 2015/16, 2016/17 və 2021/22 mövsümündə əldə olunan bu göstərici rekordla yenilənib.
“Qəbələ” dörd dəfə ilk iki qarşılaşmada qalib gəlsə də, III turda seriyası qırılıb. Buna 2007/08, 2008/09, 2013/14 və 2017/18 mövsümlərində təsadüf olunub. Cari çempionatda isə startdakı qələbə seriyası üçə yüksəlib.
- 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə açıqlandı
- Ardadan assist, Mbappedən qol, "Real"dan 3 xal
- Dursun Özbek: “Mən Sərdal bəyin bu gün dedikləri ilə…”
- Bu gün Yüksək Liqasında III turun oyunları keçiriləcək
- Millimiz üçün danışılmış oyunlarla bağlı sessiya təşkil olunub