Qurban Qurbanovun şərəfinə təqvim buraxılıb - MARAQLI FAKT
01.02.2023 - 16:32
![Qurban Qurbanovun şərəfinə təqvim buraxılıb - MARAQLI FAKT](https://apasport.az/storage/news/2023/february/01/big/63da5c33507f863da5c33507f9167525483563da5c33507f363da5c33507f6.jpeg)
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun şərəfinə Rusiyada 22 il əvvəl dərc olunan təqvim ortaya çıxıb.
Rusiyada yaşayan azərbaycanlılar həmin təqvimin fotosunu Lent.az-a təqdim ediblər.
Sözügedən təqvim 2001-ci ildə Qurban Qurbanov Voronejin “Fakel" klubunda oynadığı zaman buraxılıb. Təqvimdə Qurbanovun şəkil də dərc olunub.
Qeyd edək ki, Qurban Qurbanov Rusiyanın “Fakel Voronej” futbol klubunda iki il oynayıb.
0
0