Qvineya-Bissau yığmasının üzvü "Səbail"də
19.01.2024 - 23:19
“Səbail” yeni transferi Madi Queta ilə 1,5 illik müqavilə bağlayıb.
Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti paylaşım edib.
Bildirilib ki, bu ilin ilk transferi olan 25 yaşlı vinger 2024/2025 mövsümünün sonuna qədər Bakı klubuna məxsus olacaq. Qvineya-Bissau yığmasının üzvü yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Madi Queta son olaraq Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib.
- AFFA Region Liqasında II tur başa çatıb
- "Gələcək 2 mövsümdə Türkiyə kubokuna qatılmayacağıq!" - Ali Koç - YENİLƏNİB
- Şvarqa: “Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır”
- Almaniyalı "Beşiktaş"ı rədd etdi
- Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
0
0