“Sabah” beynəlxalq turnirə qələbə ilə start verib
14.05.2025 - 21:52
“Sabah” beynəlxalq turnirə qələbə ilə start verib

"Sabah"ın U-10 komandası “East Cup Kazan” beynəlxalq futbol turnirində ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, təmsilçimiz turnirə qələbə ilə start verib.

Masazır təmsilçisi birinci matçında Tacikistanın “Babilon” komandasına 2:1 hesabıyla qalib gəlib.

Görüşdə "Sabah"ın hər iki qolunu Onur Əlili vurub.