Portuqaliyalı ulduz Kriştiano Ronaldonun karyerasında 1000 qol həddinə çatmaq üzrə olması futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Apasport.az xəbər verir ki, "Vilyareal"ın üzvü Nikolas Pepe bu mümkün rekordla bağlı mətbuata açıqlama verib.
Kot-Divuarlı futbolçu jurnalistin “Kriştiano Ronaldo tezliklə 1000 qola çatan yeganə futbolçu olacaq” ifadəsinə reaksiya verib və bu statistikanın səbəbinə diqqət çəkib.
Pepe Ronaldonun “Əl Nəsr” klubuna keçidindən sonra çoxsaylı penaltı zərbələri yerinə yetirdiyini xatırladaraq bildirib:
"Normaldır. “Əl Nəsr”ə gedəndən bəri 200 dəfə penalti vurub".
Bu istehzalı açıqlama sosial şəbəkələrdə geniş maraq doğurub və Ronaldonun son illərdə vurduğu qolların böyük hissəsinin penalti zərbələrindən ibarət olması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Maraq üçün qeyd edək ki, Ronaldo bütün karyerası ərzində - klub və milli səviyyədə ümumilikdə 179 penalti qoluna imza atıb.