"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub
03.09.2024 - 14:15
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Sabah" klubunun rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Bakı komandası İsveçrə təmsilçisi “Bazel” ilə qarşılaşacaq.
İlk oyun oktyabrın 23-də səfərdə, cavab görüşü isə noyabrın 6-da Bakıda baş tutacaq.
Qeyd edək ki, iki qarşılaşmanın nəticəsinə əsasən üstün olan tərəf üçüncü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Gürcü hücumçu bu göstəricidə ilk pillədədir
- Mehman Allahverdiyev: "Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar"
- Elmar Baxşıyev: "Məndən olsaydı, keçən ilki komanda dağılmazdı"
- Azərbaycanlı məşqçi Hindistanda keçirilən düşərgədə iştirak edib
0
0