Misli Premyer Liqasının X turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (3:2) sonra ev sahiblərinin baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablayıb:
"Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. "Araz-Naxçıvan"da çox sayda texnikası mükəmməl olan oyunçular var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, sonda qalib gəldik, dönüş etdik. Futbolçularımı buna görə təbrik edirəm".
- Hakimliklə bağlı fikriniz necədir?
- Heç nə. Oyunda bəzi söhbətlər olur. Hakimlər haqda danışmağı xoşlamıram.
- 8-ci Etnospor Forumu: Qlobal sülh çağırışı və “Ethnosports 2027” vizyonu ön plana çıxıb
- Kişi həndbolçular arasında Azərbaycan çempionu müəyyənləşib
- İdmançılarımız MMA üzrə dünya çempionatında 8 medal qazanıblar
- Fransalı yarımmüdafiəçi “Neftçi”də
- Elmar Qasımov “Böyük Dəbilqə”nin ilk görüşündə məğlub oldu