“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub
05.12.2024 - 10:26
![“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub](https://apasport.az/storage/news/2024/december/05/big/6751479de14766751479de147717333799976751479de146c6751479de1475.jpg)
“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib.
2:0 hesabı ilə qalib gələn “dənizçilər”in ilk qolu yubiley xarakteri daşıyıb. Bu topa Emin Rüstəmov imza atıb. Paytaxt təmsilçisi 26-cı kubok görüşündə qol sayını 51-ə yüksəldib.
Qeyd edək ki, turnirdə debütü 2016/2017 mövsümünə təsadüf edən “Səbail” kubokda 50 və ya daha çox qol vuran 19-cu komanda olub.
0
0