Sentyabrın ən yaxşı qolunun müəllifi müəyyənləşib
08.10.2024 - 23:54
![Sentyabrın ən yaxşı qolunun müəllifi müəyyənləşib](https://apasport.az/storage/news/2024/october/08/big/67058eb9202ac67058eb9202ad172841746567058eb9202aa67058eb9202ab.jpeg)
Misli Premyer Liqasında sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
"Araz-Naxçıvan"nın üzvü Bernardo Diasın qolu ən yaxşı seçilib. O, sentyabrın 13-də 6-cı tur çərçivəsində “Kəpəz”ə qarşı matçda fərqlənib.
Qeyd edək ki, qalibə Misli və PFL tərəfindən mükafatlar təqdim olunacaq.
0
0