Şeydayev "Neftçi"dən gedir: Yeni Ünvanı
18.12.2024 - 17:42
Daha əvvəl xəbər verdiyimiz kimi, “Neftçi”nin milli futbolçusu Ramil Şeydayev komandanı tərk etməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, Şeydayev karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Belə ki, Rusiya yüksək liqasında yarışan klublar Şeydayevə maraq göstərir.
Onlardan biri “Dinamo”dur. Mahaçqala təmsilçisi qış “transfer pəncərəsi”ndə Şeydayevi heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2024-cü il iyulunda “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqavilə müddəti 2027-ci il iyununa qədərdir.
- Daha bir idmançımız İslam Oyunlarında medal sahibi olub - FOTO
- Argentinada bütün oyunlar təxirə salındı - SƏBƏB
- Orxan Məmmədov: "Bu gün Azərbaycan minifutbol tarixində yeni səhifə açılır"
- “Roma”nın futbolçusu Almaniya yolunda
- Ramal Hüseynov: “Azərbaycan millisinin hazırkı durumu çox bərbad və utancvericidir”
0
0