"Sumqayıt"ın qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, Saşa İliçin yetirmələri Misli Premyer Liqasında dekabrın 22-də baş tutacaq "Sabah"la oyundan sonra istirahətə buraxılacaq.
Kollektiv 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.
Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən "Limak" otelində məskunlaşacaq "gənclik şəhəri" təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın "Paksi", Serbiyanın "OFK Belqrad" və Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama oyunları keçirəcək.
- Stolüstü tennisçilərimiz Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər
- “Sərhədçi”nin legioneri: "Azərbaycanda yeməklərin dadına baxdım və..."
- "Şahmat klubu" verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb
- "Arsenal" 2015-ci ildən bəri "Bavariya"nı məğlub edə bilmir
- Zamiqin komandası bir xalla kifayətləndi