Tofiq Karayev mükafatı uğrunda Azərbaycan çempionatı keçiriləcək
04.12.2024 - 14:19
![Tofiq Karayev mükafatı uğrunda Azərbaycan çempionatı keçiriləcək](https://apasport.az/storage/news/2024/december/04/big/67502cbdd557067502cbdd5571173330758167502cbdd556667502cbdd556f.jpg)
Bakıdakı Respublika Olimpiya Mərkəzində Tofiq Karayev mükafatı uğrunda üçnövçülük üzrə XXVII Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış 2011-2012 təvəllüdlü idmançılar arasında baş tutacaq.
İstedadlı uşaqların müəyyən edilməsi məqsədi daşıyan turnirə 60 və 200 metr məsafəyə qaçış, həmçinin uzunluğa tullanma növbəri daxildir.
Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 7-də təşkil olunacaq.
0
0