“Turan” kapitanını komandada saxladı
05.07.2026 - 16:11
“Turan” kapitanını komandada saxladı

“Turan” voleybol klubu kapitanı Ayşən Abdüləzimova ilə əməkdaşlığı uzadıb.

Apasport.az xəbər verir ki, təcrübəli voleybolçu 2026/2027 mövsümündə də komandanın formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni mövsümdə də kapitan həm ölkədaxili yarışlarda, həm də Avropa arenasında “Turan”ın uğurları üçün mübarizəsini davam etdirəcək.