"Turan Tovuz" "Voluntari"yə qarşı
09.01.2024 - 12:54
“Turan Tovuz” bu gün yeni mövsümdə ilk yoxlama oyununa çıxır.
Apasport.az xəbər verir ki, mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyədə davam etdirən bölgə təmsilçisi Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşacaq.
Antalyadakı “Topkapı Sport Center”in meydanında baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Tovuz klubu yanvarın 15-də daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda günün ilk oyununda Macarıstan təmsilçisi “Şiofok”la, ikinci matçında isə Özbəkistan “Nasaf”i ilə qarşılaşacaq.
- Alonso: "İnter" dünyanın ən yaxşı məşqçilərindən birinə sahibdir"
- Slovakiya yığmasını Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı
- Mərakeşin qapıçısı penaltilər barədə: "Bir az intuisiya və bir az da şans"
- "Kəpəz"də braziliyalı futbolçu - 2 illik müqavilə
- Azərbaycan Güləş Federasiyasının rəsmiləri Goranboy rayonuna səfər ediblər
0
0