“Turan Tovuz” turu qalib başa vurdu - YENİLƏNİB
12.04.2026 - 19:52
“Turan Tovuz” turu qalib başa vurdu - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXVII tura yekun vurulub.

Apasport.az xəbər verir ki. son oyun günündə iki qarşılaşma baş tutub.

"Turan Tovuz" "Sumqayıt"ı qəbul edib. Tovuz şəhər stadionunda təşkil olunan görüş saat 18:00-da başlayıb.

3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 2:1.

Misli Premyer Liqası
XXVII tur

“Turan Tovuz” – “Sumqayıt” 2:1
Qollar: F. Ozobiç, 9, J. Batista, 50 - R. Senhadci, 64

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu, 18:00