Türkiyə - Azərbaycan oyununun vaxtı açıqlandı
02.06.2023 - 12:42
![Türkiyə - Azərbaycan oyununun vaxtı açıqlandı](https://apasport.az/storage/news/2023/june/02/big/6479aba16500c6479aba16500d16856953936479aba16500a6479aba16500b.jpg)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun məkanı və başlama vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, iyunun 17-də baş tutacaq qarşılaşma İstanbulda keçiriləcək.
Türkiyə - Azərbaycan matçı “Esenyurt Necmi Kadıoğlu” stadionunda təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, U-21 iki gün sonra – iyunun 20-də isə “Dalğa Arena”da, saat 19:30-da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
0
0