16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu oyununu keçirib.
Apasport.az xəbər verir ki, U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə beşinci yer uğrunda görüşdə qarşılaşıb.
Matçın 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Həlledici zərbələrdə Qırğızıstan seçməsi daha dəqiq oynayaraq (4:2) qələbə qazanıb.
Qeyd edək ki, millimiz turniri qol vurmadan tərk edib. Komandamız əvvəli oyunlarda Türkmənistana 0:3, Türkiyəyə isə 0:6 hesabları ilə uduzub.
- Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu
- "Çelsi" baş məşqçi axtarışında - NAMİZƏDLƏR BƏLLİ OLDU
- DÇ-2022: Braziliya seriyanı 19-a çatdırdı
- Cüdoçularımız Dubrovnik Avropa Kuboku turnirində iştirak edəcək
- "Sabah"da Aleksey İsayev yerinə alternativ - 400 min dollar...