“Zirə” əvvəlcə Bakıda, sonra Türkiyədə hazırlaşacaq
21.06.2023 - 20:06
![“Zirə” əvvəlcə Bakıda, sonra Türkiyədə hazırlaşacaq](https://apasport.az/storage/news/2023/june/21/big/64931ba14d55164931ba14d552168736246564931ba14d54f64931ba14d550.jpg)
“Zirə”nin Azərbaycan Premyer Liqasının növbəti mövsümünə hazırlıq planı müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, ilkin təlim-məşq toplanışı Bakıda baş tutacaq.
Komanda iyunun 23-də bir araya gələcək. İyulun 17-dək paytaxtda hazırlıq keçəcək “Zirə” iki yoxlama matçında qüvvəsini sınayacaq. “Qartallar” iyulun 18-də Türkiyəyə yola düşəcəklər. Qonşu ölkədə iyulun 29-dək təlim-məşq toplanışında olacaq komanda 3 yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Qeyd edək ki, “Zirə” 2022/23 mövsümünü 5-ci pillədə başa vurmuşdu.
0
0