"Zirə" qış məşqlərinə başladı - FOTO
04.01.2024 - 12:57
!["Zirə" qış məşqlərinə başladı - FOTO](https://apasport.az/storage/news/2024/january/04/big/659660872ccf9659660872ccfa1704353927659660872ccf4659660872ccf7.jpg)
"Zirə" qış məşqlərinə Bakıda start verib.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, komanda dünən Bakı Olimpiya Stadionunun köməkçi meydançasında 2024-cü ilin ilk məşqlərinə başlayıb.
Qeyd edək ki, Rəşad Sadıqov komandasını yanvarın 10-da “Araz-Naxçıvan”, 15-də isə “Qarabağ”la sınayacaq.
0
0