"Zirə" "Şamaxı"nı darmadağın etdi - 16:2
20.12.2024 - 15:56
!["Zirə" "Şamaxı"nı darmadağın etdi - 16:2](https://apasport.az/storage/news/2024/december/20/big/676559f72dd5c676559f72dd5d1734695415676559f72dd59676559f72dd5b.jpg)
Minifutbol üzrə Azərbaycan çempionatında mövsümün yeni rekordu qeydə alınıb.
Apasport.az xəbər verir ki, bu, çempionatın XI turunda baş verib.
Çempionatın autsayderi "Şamaxı" ilə üz-üzə gələn "Zirə" 16:2 hesablı qələbə qazanıb. Bakı klubu bir oyunda ən çox qol vuran komanda adına yiyələnib.
Bunadək rekord "Birbaşa Bakı"ya məxsus idi. Yarışın lideri "Atəşgah Suraxanı"nı 15:0 hesabı ilə məğlubiyyətə uğradıb.
0
0