ABL: "Neftçi" "Naxçıvan"la qarşılaşacaq
10.12.2024 - 11:15
Bu gün Azərbaycan Basketbol Liqasında VI tura start veriləcək.
Apasport.az xəbər verir ki, A qrupunda iki qarşılaşma keçiriləcək.
İlk olaraq "Naxçıvan" "Neftçi" ilə üz-üzə gələcək. Oyun saat 15:30-da start götürəcək. Bölgə təmsilçisi 9 xalla ikinci, "ağ-qaralar" 5 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sərhədçi" və "Sabah" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klublarının dueli saat 18:30-da başlayacaq. "Sərhədçi" 8 xalla üçüncü, "bayquşlar" 10 xalla birincidir.
Qeyd edək ki, turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.
- Qurban Qurbanov: “Azərbaycan futbolunu yaxşı heç nə gözləmir”
- 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə açıqlandı
- “Zirə” Azərbaycan çempionatlarında 350-ci qolunu vurub
- “Barselona” Pikeyə borcunu verə bilmir
- Avropa Oyunları: Azərbaycan Portuqaliya və İspaniyaya rəqib oldu
0
0