Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşacaq.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq. Bu komandalar arasında ikinci oyun mayın 11-də baş tutacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də reallaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsində dünən bir qarşılaşma keçirilib. "Sabah" və "Xırdalan" komandaları üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma birincilərin 101:85 hesablı qələbəsi ilə başa çatıb.
- Frank de Blekere “Siqma” - “Selye” matçının hakim-inspektoru olacaq
- Bekhem: “Bu halım xanımımın narahatlığına səbəb olur”
- Superkubok matçı İtaliyada keçiriləcək
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- Millimizin sabiq üzvünün oğlu vəfat edib