Millimiz Fransada növbəti oyununa çıxacaq
15.06.2024 - 10:52
Bu gün qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında 1/4 final mərhələsinin oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, yığma Fransa ilə üz-üzə gələcək.
Görüş Bakı vaxı vaxtı ilə saat 22:20-də start götürəcək.
Qeyd edək ki, Raşa Deliçin yetirmələri ilk matçda Filippin üzərində 22:17 hesablı qələbə qazanıb. Millimiz növbəti görüşdə Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb.
- Azərbaycan millisi Avropa çempionatında ilk qrup matçını keçirib
- Cavid Hüseynov: “Sabah”dan xal alacağımıza çox ümidliydik”
- Qurban Qurbanov: "Oyunumuzda mütləq dəyişiklik etməliyik" - MÜSAHİBƏ
- 9 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
- Azərbaycan Voleybol Federasiyası APA-nı təltif edib - FOTO
0
0