Basketbol üzrə ölkə çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün V tur çərçivəsində daha 2 matç keçirilib.
Günün ilk oyunu Cəlilabad şəhərində təşkil olunub. Saat 15:00-da başlayan matçda yerli komanda rəqibi “Sumqayıt”ı məğlub edib: 86-74
Saat 18:00-də Sumqayıt Olimpiya İdman Kompleksində baş tutam görüşdə isə “Neftçi” çempionatın əsas favoritlərindən biri olan “Sabah” üzərində qələbə qazanıb: 96:93
Azərbaycan Basketbol Liqası
V tur
25 noyabr
15:00. “Cəlilabad” – “Sumqayıt” 86-74
Cəlilabad. Cəlilabad Olimpiya İdman Kompleksi
18:00. “Neftçi” – “Sabah” 96:93
Sumqayıt Olimpiya İdman Kompleksi
Qeyd edək ki, V turun ilk matçında “Sərhədçi” “Gəncə”yə overtaymda 109:108 hesabı ilə qalib gəlib. “Xırdalan” isə NTD-INDIQO-ya uduzub - 86:96. Tura noyabrın 26-na təyin olunan “Şəki” - “Xəzri” görüşü ilə yekun vurulacaq.
- Premyer Liqada tarixin ən məhsuldar cütləri - SİYAHI
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- Krakov-2023: Süleymanov 1/8 finalda uduzdu - YENİLƏNİB
- Ukrayna qrupda qaldı: Belçika, Rumıniya pley-offda - YENİLƏNİB
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasına Suqovuşanda start veriləcək