“Neftçi”nin oyununun vaxtı dəyişdirildi
03.01.2025 - 18:24
![“Neftçi”nin oyununun vaxtı dəyişdirildi](https://apasport.az/storage/news/2025/january/03/big/6777f3378721b6777f3378721c17359142956777f3378720e6777f3378721a.jpeg)
Azərbaycan Basketbol Liqasında X turunun təqvimində dəyişiklik olub.
Apasport.az xəbər verir ki, yeni ilin ilk turunun ikinci matçı nəzərdə tutulduğundan 1 gün tez olacaq.
“Abşeron” “Neftçi”ni yanvarın 9-da qəbul edəcək. Abşeron OİK-də təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, ABL-də fasilə yanvarın 8-də başa çatacaq. Həmin gün 1 qarşılaşma baş tutacaq. Tura yanvarın 12-də yekun vurulacaq.
0
0