“Sabah” FİBA Avropa kubokunun əsas mərhələsində oynayacaq.
Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində uğurlu çıxış edib.
“Sabah” yer aldığı A qrupunda hər üç oyunda qələbə qazanıb. Basketbolçularımız son görüşdə “Rapid”lə (Rumıniya) münasibətlərə aydınlıq gətitiblər. Görüş komandamızın inamlı qələbəsi ilə yekunlaşıb. Bu nəticədə sora “Sabah” “Rapid”i qabaqlayaraq, final mərhələsinə yüksəlib.
Qeyd edək ki, reqlamentə, əsasən, qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanıb.
Avropa kuboku, təsnifat mərhələsi
“Rapid” (Rumıniya) – “Sabah” (Azərbaycan) – 71:90 (13:22, 13:27, 26:23, 19:18)
- ACF regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb
- “Azərbaycan çempionatında belə bir şey olmamalıdır“ - Adil Şükürov
- Dövlət qurumlarının əməkdaşları arasında minifutbol turniri keçirilib - FOTO
- “Marsel” futbolçusu ilə müqavilə yeniləyib
- "Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi dəyişib