Belçika Almaniyaya Kurtuasız yollanacaq
06.12.2023 - 21:44
![Belçika Almaniyaya Kurtuasız yollanacaq](https://apasport.az/storage/news/2023/december/06/big/657178dfa682c657178dfa682d1701935327657178dfa682a657178dfa682b.jpeg)
“Real”ın belçikalı qapıçısı Tibo Kurtua 2024-cü ildə keçiriləcək Avropa çempionatına getməyəcəyini klubuna bildirib.
Apasport.az “Marca”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper avqustda aldığı ağır diz zədəsindən sonra hazırda reabilitasiya ilə məşğuldur. O, 2024-cü ilin mayına qədər oynaya bilməyəcək.
Qeyd edək ki, Belçika millisi AÇ-2024-də E qrupunda Slovakiya, Rumıniya və Millətlər Liqasının pley-off mərhələsinin B yolunun qalibi ilə qarşılaşacaq.
0
0