DÇ-2026: Portuqaliya Xorvatiyaya qarşı - YENİLƏNİR
03.07.2026 - 04:29
DÇ-2026: Portuqaliya Xorvatiyaya qarşı  - YENİLƏNİR

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və Xorvatiya milliləri üz-üzə gəlir.

Görüş Bakı vaxtı ilə saat 03:00-da start götürüb.

İlk hissədə hesab açılmayıb. 

İkinci yarı Xorvatiyanın qoluyla başlayıb. 53-cü dəqiqədə İvan Perişiç fərqlənib: 1:0. Portuqaliya 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Kriştiano Ronaldo xorvatların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 

Qeyd edək ki, duelin qalibi növbəti mərhələdə İspaniya ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
3 iyul
03:00. Portuqaliya – Xorvatiya 1:1

Qol: İ. Perişiç, 53, Ronaldo, 68

Portuqaliya: Kosta, Kanselo, Diaş, Veyqa, Mendeş, Neveş, Vitinya, Neto, Fernandeş, Leao, Ronaldo

Xorvatiya: Livakoviç, Perişiç, Ponqraçiç, Şutalo, Stanişiç, Kovaçiç, Modriç, Baturina, Suçiç, Vlaşiç, Budimir