Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın 21-ci gününün son matçında İngiltərə və Fransa üz-üzə gəlib.
Bu, 1/4 finalda yeganə Avropa dueli olub. 4 il əvvəlki mundialın yarımfinalında oynamış rəqiblərdən İngiltərə mübarizəni dayandırıb. Baxmayaraq ki, Hari Keynin 2-ci dəfə penaltidən qol vurmaq şansı olub. 2:1 qalib gələn Fransa yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal oyunları dekabrın 13-14-də keçiriləcək.
DÇ-2022
1/4 final
10 dekabr
23:00. İngiltərə – Fransa - 1:2
Qollar: Hari Keyn, 54 (penalti) – Orelyen Çuameni, 17. Olivye Jiru, 78
Qaçırılan penalti: Hari Keyn, 84
- “Qarabağ” Julio Romaonun transferi üçün nə qədər xərc çəkib?
- Karlos Vinisiusdan "Qalatasaray"a transferlə bağlı ilk açıqlama
- Saşa Yunisoğlu: “Biz güclü komandaları udurduq, indi millidə ruh görmürəm” - Müsahibə
- Dünya kubokunun püşkatma mərasimi keçirilib
- İslamiada: Daha bir cüdoçumuz bürünc medal qazanıb - FOTO